Bakıda ana körpəsinin ardınca özünü atdı - Video

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 116 ünvanındakı yaşayış binalarının birində körpə 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılıb. Bu zaman anası da özünü övladının ardınca atıb.

İctimai TV hadisədən qısa müddət sonra baş verənlərin görüntülərini əldə edib. 

Belə ki, ananın körpənin ardından özünü atmasından sonra dərhal onu qucağına aldığı və sakitləşdirməyə çalışdığı sözügedən görüntülərdə əksini tapıb.

Çox keçmədən hadisə yerinə polis əməkdaşları gəlib. 

Qonşuların sözlərinə görə ana və azyaşlı övladı sözügedən ünvanda tək yaşayır.

Yaşyarımlıq körpə və anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəbəri rus dilində oxuyun: Отменяются ограничения, связанные со свадьбами

Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu ana ilə körpəsinin vəziyyəti barədə məlumat verib. Onun sözlərinə görə, onlara ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur:

“Mərkəzə gətirilərkən vəziyyətləri orta ağır olub. Müəyyən müayinələrdən keçirilib, məlum olub ki, körpədə bəzi sıyrıqlar və kiçik travmalar var. O cümlədən anasında da buna bənzər xırda travmalar və sıyrıqlar müşahidə olunub. Hər ehtimala qarşı ikisi də ultrasəs müayinəsindən keçib. Onlarda daxili zədələrin olmadığı bildirilib”.

Qeyd edək ki, qadın 20 həftəlik hamilədir. O, Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb, müalicəsi davam edir.

14:31

“Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarının birində 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılan körpə və onun ardınca özünü atan anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.

Bu barədə Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu öz Facebook məlumat verib.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.

“2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti stabildir. 

1995-ci il təvəllüdlü anada müəyyən əzik və kiçik travmalar müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım göstərilib, ultrasəs müayinəsi edilərək, Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi qiymətləndirilir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ