Paytaxtda avtomobil tunelə çırpıldı - FOTO + VİDEO

Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində, yolötürücü tuneldə yol qəzası baş verib.

 
Buta.media-nın ONA-ya istinadən verdiyi məlumata görə, avtomobildə sürücüdən başqa sərnişin də olub. Bu, 1992-ci təvəllüdlü Ruslan Amanovdur. Ağır bədən xəsarətləri alan R.Amanov xəstəxanaya yerləşdirilib.
 
Avtomobilin sürücüsü də hazırda xəstəxanada müalicə olur. Onun şəxsiyyəti dəqiqləşdirilir.
 
Qeyd edək ki, avtomobil taksi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ