Kürdəmirdə ağır qəzada iki nəfər öldü - FOTO

Kürdəmir rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Toyota” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən “Azpetrol” şirkətinə məxsus yanacaq daşıyan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə “Toyota”da olan sürücü və sərnişin - Xatəm Baydaşov və Fərid Nəsibov hadisə yerində dünyalarını dəyişiblər.

Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ