Sabah 36 dərəcə isti olacaq

İyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Buta.media-ya verilən məlumata görə, Abşeron yarımadasında havanın temperaturu gecə 20-22°, gündüz 27-31°, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55% olacaq.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36°, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ