Bakıda gecə qadın hər kəsi qorxuya saldı - VİDEO

Ötən gün Binəqədi rayonu Biləcəri qəsəbəsində binanın zirzəmisində yaşayan və səfil həyat sürən qadın az qala böyük bir faciəyə səbəb olacaqdı. 
 
Buta.media Xəzər TV-yə istinadən məlumat verir ki, zirzəmidə qızınmaq üçün qalanan alov nəzarətdən çıxıb və bloku tüstü basıb. 
 
Sakinlərin köməyinə isə yanğınsöndürənlər yetişiblər.
 
Hadisə, Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində baş verib.
 
Qonşular onu da bildirirlər ki, burada gecə vaxtı bloklarda səfil həyat sürənlərə tez-tez rast gəlirlər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ