Şamaxıda bir həftədir ağacda qalan pişik xilas olundu - FOTO

Şamaxıda bir həftə ərzində çinar ağacında qalan pişik Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas olunub.

Buta.media-nın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə şəhərin Aşıq Məmmədağa küçəsində qeydə alınıb. 

Belə ki, məhəllədəki pişiklərin biri yaşayış binalarının qarşısında hündürlüyü təqribən 10-15 metr olan çinar ağacına çıxıb. Aşağı enə bilməyən heyvan bir həftədir ki, ağacda ac-susuz qalıb.

Sakinlər pişiyi düşürməyə çalışsalar da, buna nail ola bilməyiblər. Onların sözlərinə görə, axşamlar pişiyin səsindən yata bilmirdilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ