12 manata alınan ətdən hazırlanan dönər necə 1 manata satılır? - Bakılılara nə əti satırlar?

Bakıda dönərxanalarında dəhşətli antisanitariya, bütün normaların pozulmasının danılmaz sübutu kimi bir müddət əvvəl “Köz dönər”də yeddi tələbənin zəhərlənməsi oldu. Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli 21 küçəsində yerləşən müəssisədə aparılan yoxlama zamanı məlum olub ki, dönərlər vaxtı keçmiş məhsullardan antisanitar şəraitdə hazırlanırdı.


İllərdir KİV yazır ki, məşhur yerli fastfud - dönər kiçik, antisanitariyanın hökm sürdüyü məkanlarda hazırlanır, və onun hazırlanması üçün at, eşşək və hətta ölmüş heyvanların ətindən istifadə olunur.


Lakin nə KİV, nə də yeni yaradılan Qida Təhlükəsizlik Agentliyi bu sahədə heç bir irəliləyişə nail olmayıblar. Görünür bu biznes çox gəlirlidir.


Dönərin nədən hazırlanmsını növbəti dəfə haqqin.az saytının əməkdaşları öyrənməyə çalışıblar.


“Memar Əcəmi” stansiyasının çıxışında 10-a yaxın dönərxana fəaliyyət göstərir. Onlardan əlavə dönərlər yaxınlıqda yerləşən kafe və restoranlarda da satılır.


Şəhərin bu rayonunda dönərin qiyməti 1,2-2 manat arasında dəyişir. Dönərxaların birində isə hətta 1,2 manata dönər və ayran təklif olunur. Satıcı əmin edir ki, əti bazardan alıb və onun keyfiyyəti əladır. Lap belə olsa da, məkanda su təchizatı yoxdur, və xiyar, pomidor, göyərtinin harada yuyulması sual altında qalır. Hələ dönərçinin alətlərini və əllərini harada yumasını demirik...


Digər dönərxanalarda da elə eyni vəziyyətdir.


Satıcılardan biri əmin edir ki, alıcılar ancaq bazar ətinə üstünlük verirlər, və mağaza ətindən çəkinirlər:


“Baxın, bütün dönərxanalar mağazadan dondurulmuş ət alırlar və onu bazar ati adı ilə alıcılara satırlar. İndi deyin, bazardan 12 manata alınan ətdən hazırlanan dönər necə 1 manata satıla bilər? Bizdə dönərin qiyməti bahadır, lakin keyfiyyəti də yaxşıdır”, - deyə o bildirib.


Əlbəttə ki, gəlirli dönər biznesinin öz “krışası” da var. Belə olmasa, dönərçilər yoxlama barədə haradan xəbər tutub obyektləri bağlayırlar?


Həmçinin qeyd edək ki, toyuq ətindən dönərin hazırlanması qadağan olunsa da, buna heç kim əməl etmir. Hətta toyuq ətindən olan dönərləri reklam etməyə belə çəkinmirlər - qiyməti adətən 1 manat və aşağı olur.


Dönərçilərdən biri izah edir ki, toyuq dönəri ucuz broylerlərdən hazırlandığı üçün qiyməti də münasib olur. Və məhz qiymətinin ucuz olması səbəbindən bu dönərlər daha çox alınır.


“Hamı toyuq dönəri alır, onların qiyməti əhəmiyyətli dərəcədə ucuzdur. Niyə təəccüblənirsiz? Hətta şəhərin mərkəzində ən tanınmış kafelərdə toyuq dönərləri satılır. Bunu hamı bilir. Biz heç kimi heç nəyə məcbur etmirik: kim istəyir alıb yeyir”, - satıcı deyir.


Jurnalsitlərlə danışan qida sahəsinin əməkdaşı isə hamını təəcübləndirdi. Ağzından siqareti çıxarmayan “revizor” əlcəksiz əti doğramağa başlayaraq hamıya gigiyena və sanitariya qaydalarına riayət olunmasını göstərirdi.


Demək olar ki, bütün dönərxanalardan pis qoxu gəlirdi, sanitariya normalarndan söhbət gedə bilməzdi.


Qeyd edək ki, Bakıda 15 min dönərxana fəaliyyət göstərir, və onların cüzi bir hissəsinin sertifikatı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ