Bakıda məşhur hotel satışa çıxarıldı - 72 milyon manat

Bakıda məşhur hotellərdən olan “Qafqaz Baku City Hotel” satışa çıxarılıb.

Buta.media-nın məlumatına görə, elan saytlarının birində hotelin satış qiyməti 72 750 000 manat göstərilib.

Qeyd edək ki, sözügedən hotel “Gilan Holdinq”in tərkibindədir. Tbilisi prospektində yerləşən 18 mərtəbəli otelə 317 otaq, 9 yüksək komfortlu mənzil daxildir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ