Bakıda “Porsche” oğlanı piyada keçidində vurub öldürdü - Foto

Bu gecə Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, saat 23:43-də Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 117 ünvanının qarşısında – “Ətçilər” adlanan yerdə Ağazadə Çingiz Əkrəm oğlu idarə etdiyi “Porsche Cayenne” markalı avtomobillə piyada keçidindən yolu keçən şəxsi vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.

İlkin araşdırmalar nəticəsində ölən şəxsin 2005-ci il təvəllüdlü Səlimov Ayxan Mehman oğlu olması müəyyən edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ