Sabahın hava proqnozu açıqlanıb

İyunun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Buta.media-ya verilən məlumata görə, havanın temperaturu gecə 20-22° isti, gündüz 27-30° isti, Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ