Sosial şəbəkələrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bufetinə kənardan yemək gətirilməsinin qadağan olunduğu ilə bağlı məlumat yayılıb.
Sözügedən elan təhsil müəssisəsinin bufetinin divarından asılıb: “Kənardan bufetə yemək gətirilməsi qadağandır!”
“Azərbaycan Universitetləri” səhifəsində paylaşılan elan tələbələrin müzakirə və etirazlarınaa səbəb olub. Universitetin bufetində qiymətlərin marketlərə nisbətən çox baha olduğunu vurğulayan tələbələr qərara ironiya ilə yanaşıblar. Paylaşıma reaksiya verən digər universitet tələbələri isə bildiriblər ki, başqa təhsil ocaqlarında da bufetlərə kənardan yemək gətirmək qadağan edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl buna oxşar hadisə Azərbaycan Tibb Universitetində yaşanmışdı. Belə ki, təhsil müəssisəsinin kitabxanasının girişində buraya tələbələrə şort və maykada girişin qadağan olunması ilə bağlı elan vurulmuşdu.