Ukraynada gəmidə qalan Azərbaycan vətəndaşları ilə bağlı - AÇIQLAMA

Xarici İşlər Nazirliyi Ukrayna limanlarında qalan Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb.

Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Buta.media-nın sorğusuna cavabında deyib ki, bir müddət öncə Ukraynanın Olviya limanında duran “Orion S” gəmisində Azərbaycan Respublikası vətəndaşları olan dörd nəfərdən ibarət heyətin qaldığı məlum olub.

“Ukraynadakı səfirliyimiz heyətlə əlaqə saxlayıb, limana yaxın ərazilərdə təhlükəsizlik vəziyyətinin daha da pisləşməsi səbəbindən gəmini tərk etmək barədə qərar şirkətlə razılaşdırıldıqdan sonra vətəndaşlarımız gəmidən çıxarılaraq Moldova ilə sərhədə çatdırılıblar. Vətəndaşlar Rumıniya və Türkiyə üzərindən marşrutla Azərbaycana geri dönüblər. Digər gəmidə qalan vətəndaşlarımız barədə səfirliyimizə hələ ki məlumat daxil olmayıb. Səfirliyimiz tərəfindən bu məsələ ilə bağlı əlavə araşdırmalar aparılır”, - L.Abdullayeva bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ