Sabah hava necə olacaq?

İyunun 8-də Bakıda və Abşeron yarımadasında hava  şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Buta.media-ya verilən məlumata əsasən, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 18-20° isti, gündüz  25-28° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz  26-28° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60  % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda qısamüddətli fasilə olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz  30-35° isti, dağlarda gecə  8-13° isti, gündüz 17-22° isti olacaq.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ