Azərbaycan “Utair” aviaşirkətinin Mahaçqala-Bakı aviareyslərini ləğv edib.
Buta.media-nın xəbərinə görə, bu barədə “Utair” aviaşirkəti məlumat yayıb.
“Azərbaycan dövlətinin aviasiya qurumları Mahaçqala-Bakı marşrutu üzrə müntəzəm uçuşlar üçün əvvəllər verilmiş icazəni ləğv edib. Azərbaycan dövlətinin aviasiya qurumları uçuşların bərpası vaxtı barədə məlumat vermir” - “Utair” şirkətinin mətbuat xidmətindən bildirilir.
Məlumatda qeyd olunur ki, aviaşirkət sərnişinlərə ödənişlərini geri qaytaracaq.
“İndi “Utair” Qroznı, Moskva, Surqut və Tümendən Azərbaycana müntəzəm reyslər həyata keçirməyə davam edir, həmçinin digər regionlardan Bakıya yeni marşrutlar açmağa hazırlaşır”, - deyə şirkətdən bildirilib.