Neft qiyməti 117 dollara çatdı

Rusiyanın OPEC+ sazişində iştirakının mümkün dayandırılması ilə bağlı xəbərlərdən sonra dünya bazarlarında neft bahalaşıb.

Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 1,53% bahalaşaraq 1 bareli 117,37 dollara satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 1,5% artıb və 1 bareli 116,39 ABŞ dolları təşkil edib.

Qərb sanksiyaları Rusiyanın daha çox neft hasil etmək imkanlarını məhdudlaşdırdığından bəzi OPEC ölkələri Rusiyanın OPEC+ sazişindən iştirakının dayandırılması ideyasını nəzərdən keçirir. OPEC+ alyansının iclası sabah – iyunun 2-si keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ