Azərbaycanda son sutkada 8 nəfər koronavirusa yoluxub

Azərbaycanda bu gün koronavirus infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Buta.media-ya Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 007 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.

Ölkədə son sutka ərzində 2 192, hazırkı dövrədək isə 6 894 477 test aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ