2022-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilər

Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması təklif olunub.

Belə bir təkliflə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Elman Nəsirov çıxış edib.

Deputat xatırladıb ki, bu il dövlət büdcəsində 1 barel neftin qiyməti 50 dollar nəzərdə tutulub: “Lakin bu gün “Brent” markalı neftin qiymətinin bir barelinin qiyməti 123 dollara gəlib çatıb. Buna görə də artıq büdcəyə baxmaq zərurətə çevrilib”.

Elman Nəsirov qeyd edib ki, işğaldan azad olunan ərazilərdə yenidənqurma işlərinə ayrılan vəsaitin həcmi artırılmaldır.

O, eyni zamanda büdcədən müdafiə, təhlükəsizlik xərcləri artılmasının vacib olduğunu qeyd edib: “Nə qədər ki, Ermənistanda revanşist qüvvələr var, hərbi və təhlükəsizliklə bağlı xərclər çox olmalıdır".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ