“Tosu Zəngilanlı”nın ölüm səbəbi məlum oldu

“Tosu Zəngilanlı” kimi tanınan tiktokerin ölüm səbəbi məlum olub. 

Bizim.Media xəbər verir ki, o, yüksək dozada narkotik maddənin təsirindən dünyasını dəyişib. 

Hadisə rayonlardan birində baş verib.

14:16

Son vaxtlar sosial şəbəkələrdə "Tosu Zəngilanlı" kimi tanınan "TikToker" vəfat edib.

Bu barədə onun yaxınları məlumat paylaşıblar. 

İlkin məlumata görə, o, ötən axşam toy məclisindən evə gəldikdən sonra yatıb, səhər oyanmayıb. 1993-cü il təvəllüdlü Ə.Abbasovun nəfəs darlığından əziyyət çəkdiyi bildirilirdi.

"Tosu Zəngilanlı"nın bu gün dəfn olunacağı gözlənilir.

Hazırda dəfn prosesinə hazırlıq işləri görülür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ