Bakıda yaşayış binasında yanğın olub, ölən var

Bakının Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının tavanı 4 m² sahədə yanıb. 

FHN-dən Buta.media-ya verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ