Aydın Mirzəzadə Şamaxıda prezidentə verilən məktubların məzmununu açıqladı

"Şamaxıda insanların prezidentə verdiyi məktubların əksəriyyəti zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş evlərinin yenidən tikilməsi ilə bağlı idi. İnsanlar düşünürdü ki, sadəcə, tam uçmuş evləri yenidən tikəcəklər. Ona görə də prezidentə bununla bağlı xahiş ünvanlayırdılar. Lakin prezident bunu lap əvvəldən tapşırmışdı ki, bütün evlər yenidən tam təmir ediləcək”.
 
Buta.media-nın məlumatına görə, bu sözləri Bakupost.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının deputatı Aydın Mirzəzadə bildirib. O, Şamaxıda sakinlərin prezident İlham Əliyevə verdikləri məktubların məzmunu barədə danışarkən belə deyib. 
 
Deputatın sözlərinə görə, bu, onu göstərir ki, ölkə başçısınınn rəhbərliyi altında bölgələrdə görülən işlər nəticəsində əhalinin böyük problemləri qalmayıb: "Vətəndaşların bir çox sosial problemləri həll edilib. Digər problemlərin həlli üçün də dövlət büdcəsindən vəsait ayrılıb və zamanla həll ediləcək”.
 
A. Mirzəzadə deyib ki, prezident İlham Əliyev həmişə cəmiyyətlə sıx təmasın tərəfdarı olub: "Prezidentin regionlara səfəri zamanı insanlarıa görüşləri, mədənniyyət xadimləri ilə görüşləri buna nümunədir”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ