May ayında Qubaya qar yağdı - VİDEO

Quba rayonunun Qrız kəndinə qar yağıb. 

Buta.media-nın Qafqazinfo-ya istinadən məlumatına görə, ötən gündən bəri yağan qar ətrafı ağ örpəyə bürüyüb.

Qeyd edək ki, sinoptiklərin proqnozuna əsasən, mayın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14, gündüz 16-19, Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-75% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 18-23, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ