Bu dövlət rüsumları ləğv edildi - QƏRAR

Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin və “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” 31 iyul 2018-ci il tarixli qərarını ləğv edib.

Buta.media xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Əli Əsədovun digər qərarına əsasən isə Nazirlər Kabinetinin “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 25 yanvar 2007-ci il tarixli qərarından dövlət rüsumu ilə bağlı müddəa çıxarılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ