Bakı metrosunda qəribə xəbərdarlıq: Səbinə, sən heç Allahdan qorxmursan? - FOTO

Paytaxtın “İnşaatçılar” metrosunun çıxışında vurulan xəbərdarlıq hamının marağına səbəb olub.


Bu barədə Bizimyol.info saytı məlumat yayıb.


Xəbərdarlıqda Səbinə adlı qadına müraciət edilir. 


Kiminsə ailəsini dağıtmaq üzrə olan Səbinə adlı xanıma xəbərdarlıq edilərək, məqsədindən əl çəkməyəcəyi təqdirdə onların ikisinin də (qızın və oğlanın) şəklini Xoşqədəm Hidayətqızının aparıcılığını etdiyi “Səni axtarıram” verilişinə verəcəyini bildirib.


Yazı insanların marağına səbəb olub və sosial şəbəkələrdə müzakirə edilməyə başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ