Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları Bakıda növbəti dəfə hava keyfiyyətinə nəzarət məqsədi ilə monitorinq keçirib.
Xəzər TV-nin məlumatına görə, monitorinq əsasən səyyar laboratoriya və avtomatik stansiyalar vasitəsi ilə aparılıb.
Xidmətin əməkdaşı Gülnarə Abbasova deyib ki, monitorinq zamanı Bakıda ən yaxşı hava keyfiyyətinin hansı ərazilərdə olduğu müəyyən edilib.
Onun sözlərinə görə, monitorinq zamanı ən pis hava keyfiyyəti Bakının Nəsimi, Xətai, Nizami, Binəqədi, Nərimanov, Yasamal rayonlarında müəyyən edilib. Buna səbəb kimi isə həmin rayonlardakı prospekt və iri küçələrdə avtomobillərdən daha çox istifadə edilməsi göstərilir. Ən yaxşı hava isə Səbail və Xəzər rayonlarında qeydə alınıb.