Qəbirstanlığa ölən yaxınlarının məzarını ziyarət etməyə gedənlər özləri ilə səməni aparırlar. Hətta bəzən xonça və ya bayramda bişən şirniyyatları aparanlar da var. Bəs ilahiyyatçılar bu məsələyə nə deyir? Həqiqətən də ölən şəxslərin səməniyə, yaxud xonçaya ehtiyacı varmı?
Buta.media Xəzər TV-yə istinadən məlumat verir ki, ilahiyyatçı Ağa Hacıbəyli isə deyir ki, vəfat etmiş insanların maddi yox, mənəvi ehtiyacları var. Yəni qəbirlərin üzərinə səməni qoyulması tövsiyyə edilmir.
İlahiyyatçı deyir ki, bunun əvəzinə dualar oxumaq məsləhətdir. Bununla ölən şəxsin ruhu mənəvi rahatlıq tapır.
O, ölən şəxslərin məzarını təkcə bayramlarda yox, adi günlərdə də ziyarət etməyi tövsiyyə edir.