Azərbaycana daha 14 ölkədən uçuşlara icazə verilib - SİYAHI

Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına edilən dəyişiklik edib.

Buta.media xəbər verir ki, sənədə əsasən daha 14 ölkədən Azərbaycana uçuşlara icazə verilib.

2022-ci il 20 may tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın tələbləri nəzərə alınmaqla icazə verilir:

  1. Bolqarıstan Respublikası
  2. Butan Krallığı
  3. Cənubi Afrika Respublikası
  4. Qvatemala Respublikası
  5. Laos Xalq Demokratik Respublikası
  6. Livan Respublikası
  7. Mavriki Respublikası
  8. Misir Ərəb Respublikası
  9. Myanma İttifaqı Respublikası
  10. Nepal Federativ Demokratik Respublikası
  11. Paraqvay Respublikası
  12. Şimali Makedoniya Respublikası
  13. Şri-Lanka Demokratik Sosialist Respublikası
  14. Vyetnam Sosialist Respublikası.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ