Hava soyuyacaq - Xəbərdarlıq

“Sabah gündüz saatlarında hava yağmursuz keçəcək, cənub küləyinin sürəti artaraq 15-18 m/s təşkli edəcək”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

O bildirib ki, gələn həftənin 4 günü hava şəraiti qeyri-sabit keçəcək: “Azərbaycanın rayonlarında mayın 15-i axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Mayın 16-sı və 17-də havanın qısa müddətdə yenidən dəyişməsi proqnozlaşdırılır. Respublikanın rayonlarında qeyr-sabit hava şəraiti gözlənilir. Bundan başqa 20-21 mayda da hava qeyri- sabit keçəcək".
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ