Sosial şəbəkələrdə bloqer Səbuhi Xanlarovun 79 yaşlı kişinin aşağılamasının görüntüləri yayılıb.
S.Məmmədov videoda kişiyə yersiz suallar verir, onun şərəf və ləyaqətini alçaldır.
Görüntülərdə yaşlı bir insanla söhbət zamanı bloqerin onu bilavasitə təhqir etdiyi, gülüş obyektinə çevirməyə çalışdığı görülür.
Video sosial şəbəkələrdə böyük rezonans doğurub. İstifadəçilər bu cür çəkilişin qəbuledilməz olduğunu vurğulayır, bloqerin cəzalandırılmasını tələb edirlər.