Müharibə veteranlarına verilən 80 manat olduqca azdır - Deputat

Milli Məclisdə Qarabağ Müharibəsi veteranlarına verilən müavinətin artırılması təklif edilib. 

Buta.media xəbər verir ki, belə bir təkliflə Milli Məclisin deputatı Fəzail Ağamalı çıxış edib.

O, qeyd edib ki, hazırda müharibə veteranlarına verilən müavinətin həcmi 80 manatdır və bu, olduqca azdır: “Onlara verilən müavinətin minimum istehlak səbəti dəyərində, yəni 202 manat həcmində verilməsi ədalətli olardı”.

Qeyd edək ki, təklif həm birinci, həm də ikinci Qarabağ müharibəsi veteranları ilə bağlı edilib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ