Azərbaycanda topuq testinin tətbiqinə başlanıldı

Azərbaycanda topuq testinin (“neonatal skrininq”) tətbiqinə başlanılıb.

Bu haqda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, ÜST-ün tövsiyəsi ilə yenidoğulmuşların skrininqi uşaqlar üçün mütləq vacib olan testlər siyahısına daxil edilib. Neonatal skrininqlərdə - topuq testi götürülərək irsi xəstəliklərin diaqnostikası aparılır. Müayinə nəticəsində xəstəlik aşkar olunduqda və ya şübhəli testlərdə ailə ilə əlaqə saxlanılaraq aidiyyatı ilkin səhiyyə müəssisəsinə məlumat verilir.

Topuq testi vasitəsilə yenidoğulmuş uşaqlarda beş irsi xəstəliyin diaqnostikası həyata keçirilir və beləcə xəstəliklərin erkən aşkarlanması və ağır nəticələrin əmələ gəlməsinin qarşısını almağa köməklik edir.

Hazırda xəstəxalarda 5 patologiya üzrə test aparmaq mümkündür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ