Ağdamda silah-sursat partlayıb, ölən var

Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi barədə məlumat daxil olub.

Ağdam rayon Prokurorluğunun məlumatında bildirilir ki, aparılan araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah-sursatın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ