Putin Yerevana gedir

Rusiya Prezidenti Vladimir Putin bu ilin sonunda, oktyabr-dekabr ayları ərzində Ermənistana dövlət səfəri edəcək.

Bunu Ermənitsanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Bizim görüşün gündəliyində Rusiya Prezidenti Vladimir Putinin Ermənistana dövlət səfərinin təşkili məsələləri durur. Bu səfərin ilin ikinci yarısında – oktyabr-dekabr aylarında baş verəcəyi gözlənilir. Əlbəttə, tarixi hələ razılaşdıracağıq”, - Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla Düşənbədə keçirdiyi görüşdə bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ