Ana və qızının öldüyü qəzanın baş verdiyi an – VİDEO

Martın 3-də Ucar rayonu ərazisində ağır yol qəzası baş verib. 

“Qafqazinfo” ana və qızının ölümü ilə nəticələnən qəza anının görüntülərini əldə edib.

Əsəbləri zəif olanların və yetkinlik yaşına çatmayanların videoya baxmamağı tövsiyə olunur.

Videodan da görünür ki, yolu keçməyə çalışan piyadalar - 1988-ci il təvəllüdlü Turbənd İsgəndərova və qızı 2014-cü il təvəllüdlü Ayşən İsgəndərli sürücü Rəşad Cavadov tərəfindən vurulublar və hadisə yerində keçiniblər. 

Bakı-Qazax avtomobil yolunda baş verən qəzaya görə “Hyundai Accent”in sürücüsü Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ