İki Bakubus bir-birinə girdi - FOTO

Bu gün səhər saat 6-7 radələrində “BakuBus” şirkətinə məxsus iki sərnişin avtobusu toqquşub.
 
Buta.media-nın məlumatına görə, bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilir ki, Üzeyir Hacıbəyov küçəsində hərəkətdə olan iki “BakuBus” avtobusu toqquşub.
 
Qəzaya uğrayan avtobusların içində sərnişin olmayıb. Bu səbəbdən də, hadisə zamanı xəsarət alan olmayıb.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ