Xınalıqda yenə qar uçqunu oldu - VİDEO

Ötən gecə Quba-Xınalıq yolunda baş vermiş qar uçqununun fəsadları təmizlənsə də yenidən uçqun baş verib. Yolun 30-cu km-dən 33-cü km-nə qədər yol bağlanıb.
 
Buta.media-nın məlumatına görə, "Azəravtoyol"un Quba-Xınalıq üzrə sahə rəisi Bilal Sultanov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qar uçqunu gecə saatlarında yenidən baş verib və 2 qartəmizləyən buldozer hadisə yerinə cəlb olunub. Uçqun nəticəsində yaranan qarın hündürlüyü 15 metrdən çoxdur. 
 
Qeyd edək ki, qar uçqunu nəticəsində Qrız, Cek, Əlik, Haput, Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayon mərkəzilə əlaqələri kəsilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ