Bu gün Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbiri müzakirələrə səbəb olub. Belə ki, iddia olunub ki, tədbirdə iştirak edən şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılıb.
Buta.media-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirdi ki, məsələdən məlumatlıdırlar:
“Bu barədə araşdırma aparılır, məlumat veriləcək”.
Qeyd edək ki, sözügedən məktəbin direktoru Kəmalə Qədirovadır.
Xatırladaq ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab edilir.
Məlumat üçün bildirək ki, bu barədə fotonu ilk dəfə Samir Feyruzov paylaşıb.