Ölkəmizə yaz gəldi

Azərbaycana yaz fəsli gəldi.

 
Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Buta.media-ya bildirib ki, bahar Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01:58-də daxil olub.
 
Artıq gecə ilə gündüz bərabərləşib.
 
Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və bu andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ