Bakıda ad gününü qeyd edən məktəbli qız özünü binadan atdı - Dəhşətli intiharın görüntüləri

Ötən gün Bakıda özünü binadan ataraq öldürən 17 yaşlı qızın intihar səbəbi məlum olub.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, Bakı şəhər sakini, 17 yaşlı Xumar Babayeva imtahanda zəif nəticə göstərdiyi üçün özünü öldürüb:

"Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atıb. O, eyvanın altında dayanmış, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşüb. Nəticədə X.Babayeva hadisə yerində ölüb, Z.Niyazov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib".

03.05.2022

Bakıda 17 yaşlı məktəbli qızın intiharının görüntüləri yayılıb.

Görüntülər yaşayış binasının təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Qeyd edək ki, bu gün paytaxtın Xətai rayonunda 17 yaşlı Xumar Babayeva özünü yaşadığı 7-ci mərtəbədəki mənzildən atıb. Nəticədə o, binanın qarşısında dayanmış 38 yaşlı Zahid Niyazovun üstünə düşüb. Xumar aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Zahidov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ