Laçında minaya düşən fəhlə dünyasını dəyişdi

Ötən gün Laçında minaya düşən şirkət əməkdaşı Pərvin Salahov dünyasını dəyişib.

O, müalicə aldığı xəstəxanada vəfat edib.

Mərhum doğulduğu Ağstafanın Dağ Kəsəmən kəndində dəfn olunacaq.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Pərvin Salahov Laçının işğaldan azad edilmiş Səfiyan kəndində piyada əleyhinə minaya düşüb. O, ərazidə təmir tikinti işləri aparan şirkətdə fəhlə kimi çalışırmış. P.Salahov minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri almışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ