Rusiyada Rövşən Əsgərova qarşı cinayət işi açılıb

“Mən özüm ali təhsilli tarixçiyəm. Tarixdə isə hər şey faktlara əsaslanır”, - deyə Rövşən Əsgərov Rusiyada ona qarşı açılan cinayət işini şərh edib.

“Məni yalanda ittiham edirlər. Halbuki, yazdığım postda yalnız bir yanlışlıq var. O, da Jukovun beşqat deyil, əslində dördqat Sovet İttifaqı Qəhrəmanı olmasıdır. 

Yerdə qalan faktların hamısı, “Wikipedia”dan, yəni açıq mənbələrdən götürülüb. Həmin faktlar hətta marşalın öz xatirələrində də var. Axı burada yalan və nasizmin təbliği haradadır?”, - deyə həmyerlimiz bildirib.

17:17

Rusiya Federasiyasının İstintaq Komitəsi məşhur “Nə? Harada? Nə zaman?” oyununun bilicisi Rövşən Əsgərova qarşı nasizm ideyalarına haqq qazandırılması maddəsi üzrə cinayət işi açıb.

Buta.media-nın xəbərinə görə, hüquq-mühafizə orqanları iddia edir ki, Rövşən Əsgərov aprel ayının əvvəlində öz sosial şəbəkə hesabında Sovet İttifaqının marşalı Georgi Jukovun şəxsiyyətini gözdən salan bəzi məlumatlar yerləşdirib.

“İstintaq Komitəsi bu kimi fəaliyyətlərlə iştirak edən şəxslərin statusundan və sosial vəziyyətindən asılı olmayaraq, ölkənin müdafiəsində iştirak edən şəxslərin xatirəsini ləkələmək və ya alçaltmaq cəhdlərinə qarşı həmişə prinsipial və sərt reaksiya verəcək”, - Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatında vurğulanır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ