Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda qəza törədib.
Buta.media Oxu.az-a istinadən xəbər verir ki, Polad Bülbüloğlu idarə etdiyi “BMW” markalı, diplomatik nömrəli avtomobili eyni istiqamətdə hərəkət edən, taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı maşına arxadan vurub.
Qəza Səbail rayonu Xəqani küçəsində baş verib. Hadisə nəticəsində avtomobillərə cüzi maddi ziyan dəyib.
Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı isə məlumatı təkzib edib:
“Xeyr, bu, düzgün məlumat deyil. Hazırda Polad müəllim Bakı şəhərindədir, biz onunla mütəmadi əlaqə saxlayırıq. Hər şey qaydasındadır. Narahat olduğunuz üçün çox sağ olun. Yayılan məlumat dəqiq deyil”.