Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır - XƏRİTƏ

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni 9 nömrəli şəhərdaxili müntəzəm marşrut təşkil edilib.

Buta.media-nın məlumatına görə, aprelin 26-dan fəaliyyətə başlayacaq 9 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Yasamal yaşayış kompleksi (MİDA) və “Kristal Abşeron” yaşayış kompleksi, “İnşaatçılar” və “20 Yanvar” metro stansiyaları, son dayanacaq məntəqəsi “Nəriman Nərimanov” metro stansiyası olmaqla, hərəkət edəcəklər.

Bildirilib ki, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq təşkil edilən marşrut xətti üzrə sərnişindaşımalar “Faiqoğlu” MMC-nin müasir və komfortlu iritutumlu avtobusları ilə yerinə yetiriləcək. Marşrut xətti üzrə gediş haqqı 0.30 azn təşkil edir və ödəniş nağdsız formada - “BakıKart”la olacaq.

Yeni marşrut xəttinin təşkili sosial kompleksdə, eləcə də ətraf ərazilərdə yaşayan təxminən 10 min nəfərdən artıq sərnişinin ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Qeyd edək ki, 9 nömrəli marşrut xəttinin fəaliyyətə başlaması ilə MİDA sakinlərinin paytaxtın böyük hissəsinə rahat gediş-gəlişi təmin edilməklə yanaşı, metronun "Memar Əcəmi" stansiyası istiqamətindən də "Nərimanov" istiqamətinə və geriyə avtobusların hərəkəti təmin edilmiş olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ