Qazaxda mina partlayışı zamanı azyaşlı bacı və qardaş yaralandı

Qazaxda mina partlayışı zamanı uşaqlar yaralanıblar.

Buta.media-nın xəbərinə görə, xəsarət alanlar rayonun Quşçu Ayrım kənd sakini olan qardaş və bacı - 12 yaşlı Cavid Nuriyev və 14 yaşlı Nabat Nuriyevadır.

Xəsarət alanlar təcili xəstəxanaya yerləşdirilib.

Qızın vəziyyəti yaxşıdır. C.Nuriyevin isə sağ əl və üz nahiyəsindən müxtəlif xəsarətlər aldığı bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ