İtkin düşən tələbə qız sevgilisi ilə qaçıbmış - Ailəsi oğlanı qəbul etmir

Bakı Mühəndislik Universitetinin itkin düşən tələbəsi Lamiyə Binnətova tapılıb.

Buta.media modern.az-a istinadən məlumatına görə, tələbə qızın aprelin 1-də sevdiyi oğlanla qaçması məlum olub. Onun bu gün Masallı rayonunda aşkar edildiyi deyilir.

Qızın yaxınlarının bildirdiyinə görə, Lamiyənin ailəsi onun kiminlə qaçmasından xəbərdar olub:

“Lamiyənin əvvəldən sevdiyi oğlan olub. Ailəsinin də bundan məlumatı var idi, amma qızın anası münasibətlərinə qarşı çıxırdı. Bu səbəbdən Lamiyə sevdiyi oğlanla gedib. Hazırda onların Masallı rayonunda olduğu deyilir. Ailə Lamiyə və onun sevdiyi oğlanın münasibətini qəbul etmir”.

Lamiyə Binnətova tapıldıqdan sonra anası axtarış müraciətini geri çəkib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ