DİN Park Bulvardakı görüntülərlə bağlı açıqlama yaydı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda bloger Hüseyn Həsənovla görüş zamanı pandemiya qaydalarının pozulması ilə bağlı açıqlama verib

DİN-in Mətbuat Xidmətindən daxil olan açıqlamada deyilir:

Aprel ayının 17-də saat 15:30 radələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən iri ticarət mərkəzlərinin birində yaranmış izdiham ilə bağlı bildiririk ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq ticarət mərkəzinə daxil olan hər bir vətəndaşın vaksinasiyadan keçməsini təsdiq edən sertifikatın “QR” kodu və qoruyucu tibbi maskadan istifadə etməsi polis əməkdaşları tərəfindən mərkəzin girişində yoxlanıldıqdan sonra onların qapalı məkana daxil olmalarına icazə verilmişdir. 

Lakin ticarət mərkəzinə gələn şəxslər obyektə daxil olduqdan sonra tibbi maskalarını çıxartmışlar. Məlumat üçün onu da qeyd edək ki, iri ticarət mərkəzlərinin daxilində insanların tibbi maskadan istifadə etmələrinə həmin obyektin əməkdaşları tərəfindən nəzarət olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ