"Biz istehlakçılar arasında sorğu keçirib monitorinq aparmışıq. Tarifi 15 qəpikdən 22-25 qəpiyə qaldırmaq olar, əhali buna razıdır".
“Report” xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
"Bizim xarici ekspertlərlə görüşlərimiz olur. Onlar tariflərin artırılmasını təklif edir. Biz isə başqa yol seçmişik. Xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100% yığılması və xərclərin optimallaşdırılması ilə istilik təsərrüfatının normal fəaliyyətini təmin etmək istəyirik.
Amma istilik təchizatı sosial yönümlü olduğu üçün tariflərin artırılması barədə müraciət etməmişik və artım gündəmdə deyil", - deyə o əlavə edib.