“İcazə” blankları ləğv edildi. Fevralda TIR sürücüləri blanklarlara görə yolu bağlamışdılar

Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə” blankları üçün nəzərdə tutulan xidmət haqqı ləğv edilib.

Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) bildirilib.

Qeyd olunub ki, aprel ayından daşıyıcı şirkətlərdən bu məqsədlə ödəniş alınmır.

Məlumata görə, bu qərar daşıyıcıların mövcud vəziyyəti nəzərə alınaraq qəbul edilib.

Qeyd edək ki, fevral ayında Bakıda TIR sürücüləri “İcazə” blankları məsələsinə etiraz olaraq yolu bağlamışdılar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ