Həbsxanada ölən sabiq deputatın qardaşı sərbəst buraxıldı

Nərimanov rayon məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Trend-in məlumatına görə, prosesdə istintaq orqanının təqdimatı təmin edilməyib. E.Cəbrayılov məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, E. Cəbrayılov aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub. Nərimanov RPİ-in İstintaq idarəsində onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi başlanılıb.

Xatırladaq ki, E.Cəbrayılov mərhum qardaşı R.Cəbrayılovun cinayət işi üzrə şahid qismində tanınır. O, həmin iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

R.Cəbrayıov 2021-ci ilin sentyabr ayında Bakıda Yeni Klinikadakoronavirusdan dünyasını dəyişib.

12:02

Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov saxlanılıb.

Buta.media-nın Report-a istinadən xəbərinə görə, o, aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Vətəndaşlar iddia edirlər ki, E.Cəbrayılov onlara qarşı dələduzluq edib.

Xatırladaq ki, E.Cəbrayılov mərhum qardaşı R.Cəbrayılovun cinayət işi üzrə şahid qismində tanınır. O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

İttihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib. Onun cinayət işi üzrə məhkəmə iclası hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

R.Cəbrayılov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ