Mağazaya girən oğru kameralara düşüb - VİDEO

Tovuzda tikinti materialları mağazasına girən oğru kameralara düşüb.

 
Buta.media-nın ONA-ya istinadla verdiyi məlumata görə, hadisə martın 18-i gecə Tovuz rayonu, Qovlar qəsəbəsində qeydə alınıb. Nofəl Qurbanova məxsus inşaat materialları mağazasına pəncərəni sındırmaq yolu ilə daxil olan oğru oradan pul tapa bilmədiyi üçün mağazanı tərk edib.
 
Oğru mağazada quraşdırılmış təhlükəsizlik kameralarına düşüb.
 
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ