Yeni Klinikada işçilərə iki aydır əməkhaqqı ödənilmir - İDDİA

“Yeni Klinikanın tibb personalına 2 aydan çoxdur ki, COVID-19-a görə əməkhaqları ödənilmir”. 

Buta.media xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya həmin klinikada çalışan bir neçə şəxs müraciət edib.

Şikayətçilərin sözlərinə görə, COVID-19-a görə əməkhaqlarının ödənilməsi may ayının 1-nə kimi uzadılsa da, işçilərə ödəniş edilmir:

“Aprel ayının ortasıdır, amma biz hələ də fevral ayının əməkhaqlarını ala bilməmişik. Klinikanın maliyyə şöbəsinə bu haqqda məlumat verdikdə isə, bizə problemin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı olduğunu bildirirlər”.

Problemlə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Yeni Klinikadan cari ilin fevral ayı üzrə siyahı Agentliyə daxil olmayıb: “Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə verilən müddətli əlavə və mükafatlar tibb müəssisələri tərəfindən daxil olan siyahılara uyğun olaraq ödənilir. Məlumat üçün bildirək ki, Yeni Klinikadan cari ilin fevral ayı üzrə siyahı Agentliyə daxil olmayıb. Siyahı daxil olduqdan 3 iş günü ərzində Agentlik tərəfindən müddətli əlavələrin ödənilməsi həyata keçiriləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ